Türk seriallarının reklam gəliri açıqlandı

2016-cı ildə ərəb televiziya kanallarında 75 türk serialı nümayiş etdirilib və bunlar 600 milyon dollar reklam gəliri əldə edib. “Yeniavaz.com”un “Habertürk” telekanalına istinadən verdiyi məlumata görə, bunu Fransız Tamaşaçı Araşdırma Qurumu IPSOS-un mütəxəssisi Atanas Cama deyib. Onun sözlərinə görə, türk serialları 2008-ci ildə Yaxın Şərq və Şimali Afrika regionlarında yerli telekanallarda yayımlanmağa başlayıb: “Ərəb tamaşaçıların ürəyini fəth edən ilk türk serialları “İhlamurlar Altında” və “Gümüş” olub. 2013-cü ildə yayımlanan türk seriallarının sayı 65-ə, 2016-cı ildə isə 75-ə çatıb”. A. Cama qeyd edib ki, türk serialları regiondakı 40 telekanalda nümayiş etdirilir: “Serialların ən çoxu Səudiyyə Ərəbistanında izlənilir və onların bazar payı 7,8 faiz təşkil edir. Sonrakı yeri 7,1 faizlə Birləşmiş Ərəb Əmirlikləri tutur”.

DİGƏR XƏBƏRLƏR

Top