Putin Ərdoğanı Soçiyə bu məsələləri müzakirə etmək üçün dəvət edib

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan mayın 3-də keçiriləcək görüşdə ikitərəfli əlaqələri, Suriyadakı böhran, terrorçuluqla birgə mübarizə daxil olmaqla aktual regional və beynəlxalq problemləri müzakirə edəcəklər. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Kremlin mətbuat xidməti diqqətə çatdırıb ki, mayın 3-də V. Putinin dəvəti üzrə R. T. Ərdoğan Rusiyaya işgüzar səfər edəcək. Məlumatda qeyd edilir ki, liderlər görüşdə Rusiya-Türkiyə münasibətlərinin bütün kompleksi üzrə, o cümlədən martın 10-da Moskvada Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 6-cı iclasında əldə olunçuş razılışmalar kontekstində fikir mübadiləsi aparacaqlar.

DİGƏR XƏBƏRLƏR

Top