Azərbaycanda qayınana gəlini bıçaqladı

Ucar rayonunda bıçaqlanma hadisəsi baş verib.

Ucar rayonu Əzizbəyov küçəsində yaşayan 1995-ci il təvəllüdlü Gülnarə Seyfi qızı Rəhimova bıçaqlanıb.

Qadın yaxınları tərəfindən dərhal Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qadın əməliyyat edilib və həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

G.Rəhimovanın yaxınlarının verdiyi məlumata görə, onu ailə münaqişə zəminində öz qayınanası Səidə Rəhimova bıçaqlayıb.

Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma aparılır.report

DİGƏR XƏBƏRLƏR

Top