Ermənistan mətbuat azadlığı olmayan ölkədir

Beynəlxalq insan hüquqları təşkilatı Freedom House-nin illik "Mətbuat azadlığı"hesabatında Ermənistanın adı mətbuatın azad olmadığı ölkələr sırasında çəkilib. "Yeniavaz.com"un panarmenian.net-ə istinadən verdiyi məlumata görə, hesabatda Ermənistan dünyanın 199 ölkəsi arasında 137-ci yerdə qərarlaşıb. Ermənistan mətbuatın və internetin qismən azad olduğu ölkə hesab edilib. Hesabatda Ermənistanda azad mətbuatın boğulduğu, jurnalistlərin təzyiqlərə məruz qaldığı, internetdən istifadə zamanı azadfikirliliyə görə cəsalandırma metodlarına əl atıldığı vurğulanır. Qeyd edilir ki, Ermənistanda mətbuat azadlığı ildən-ilə məhdudlaşdırılır və azad sözə görə iqtidar tərəfindən daha sərt tədbirlərə əl atılır. Qeyd edək ki, Freedom House-nin hesabatında Qafqazda mətbuat sahəsində ən azad ölkə Gürcüstan hesab edilib. Freedom House-nin hesabatında mətbuat azadlığı olan ölkələrin siyahısına Norveç başçılıq edir. Sonrakı yerlərdə isə Niderland, İsveç, Belçika, Danimarka, İslandiya, Lixtenşteyn, Andorra və Finlandiya gəlir.

DİGƏR XƏBƏRLƏR

Top