Gürcüstandan qeyri-qanuni yollarla iranlıların Avropaya göndərildiyi məlum olub

Gürcüstan polisi saxta pasportlarla iranlıların Avropaya göndərilməsi ilə məşğul olan cinayətkar qrupu müəyyən edib. "Yeniavaz.com"un nevsgeorgia.ge-yə istinadən verdiyi məlumata görə, Gürcüstan polisi araşdırmalardan sonra müəyyən edib ki, Türkiyə vətəndaşı Berkant D. bir qrupla cinayət əlaqəsinə girərək saxta pasportlar hazırlayıb və bu yolla İran vətəndaşlarının Tbilisi beynəlxalq hava limanından Avropaya getməsinə imkan yaradıb. Cinayətkar qrup müəyyən haqq aldıqdan sonra Avropaya getmək istəyən İran vətəndaşlarının adına saxta pasportlar hazırlayıblar. Berkantın evində axtarış zamanı saxta möhürlər, həmçinin İran vətəndaşlarının adına olan pasportlar aşkar edilib. Eyni zamanda saxta pasportla Avropaya getmək istəyən 5 İran vətəndaşı da saxlanılıb. Hazırda Gürcüstan polisi cinayətkar qrupun digər üzvlərini də aşkar etmk üçün tədbirlər həyata keçirir.

DİGƏR XƏBƏRLƏR

Top