Yardımınıza ehtiyacı var - Bir ananın həyatını xilas edək

Alverdiyeva Alida 2013-cü ildən xərçəng xəstəliyi (çoxsaylı miyeloma) ilə mübarizə aparır. Artıq illərdi mütəmadi olaraq Mərkəzi Klinikada kimyaterapiya alır. Sonuncu dəfə 2015-ci ildə 4 ay ərzində kimya aldıqdan sonra vəziyyəti yaxşı idi. Hər ay analiz verirdi və həftədə bir neçə dəfə xəstəliyin təkrar oyanmaması üçün dərman qəbul edirdi.

Lakin keçən ilin son aylarından başlıyaraq Alverdiyeva Alida xanımın səhhəti yenidən pisləşib. Türkiyədə sümük İliyi üzrə verilən analizdə xəstəliyin yenidən oyandığı məlum olub.

Artıq 3 aydır ki, uzun müddət sonra yenidən Mərkəzi Klinikada kimyaterapiya alır. Müalicənin nəticələri o qədər də ürək açan deyil. Həmin dərmanların əks təsirləri ilə sümükdə kəskin ağrılar, göz qaraltısı, ürək bulanma, baş dönmə və s. simptomlarla özünü göstərir.

Xəstəni illərdi müalicə edən həkimlər, sümük iliyi transplantasiya əməliyyatını tövsiyyə edirlər. Lakin, Azərbaycanda transplantasiya yalnız talesimiya xəstəsi olan uşaqlar üçün tətbiq olunur.

Bununla bağlı Türkiyədə olan xəstəxanalar ilə əlaqə saxlanılıb və analizlər göndərilib. Müalicə üçün lazım olan məbləğ 50 min ABŞ dollarıdı.

Bundan sonra xəstənin çalışdığı Dövlət Neft Şirkətinə, Heyder Əliyev adına Fonda, Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Prezident Administrasiyasına müraciət edilməsinə baxmayaraq, hər hansısa cavab ala bilməmişəm. Çox təəssüf ki, gözləmək üçün o qədər də vaxt yoxdu.

Bununla əlaqədar olaraq hesab açılıb:
Bütün online ödəmə sistemlərindən və terminallarından köməklik göstərə bilərsiniz.
Xəstənin adına açılmış Bank Respublika hesab nömrəsi:
380194403246867801
AZE 08630410
Alida Alverdiyeva
Əlaqə üçün: Rəşidli Elnurə 0505332030 (xəstənin qızı)

DİGƏR XƏBƏRLƏR

Top