Aralıq dənizində miqrantların ölüm faizi artıb

İlin əvvəlindən Aralıq dənizində 1000-dən çox nəfər həlak olub və ya itkin düşüb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Beynəlxalq Miqrasiya Təşkilatından deyiblər. Aprelin 28-nə olan məlumata görə, təşkilat Aralıq dənizində 1089 nəfərin itkin düşdüyünü və ya həlak olduğunu təsbit edib. Bununla belə, 2017-ci ilin əvvəlindən bu dəniz yolu ilə Avropaya pənah gətirənlərin sayı 43 357 nəfərə çatıb. Ən çox insan apreldə həlak olub – 427 nəfər. Eyni zamanda, bu rəqəmlər 2015-ci ilin aprelinin analoji məlumatı (1222 nəfər) ilə müqayisədə 3 dəfə azdır. 2017-ci ilin ilk 4 ayında gələn miqrantların sayı ilə müqayisədə həlak olanların faizi 2,5 faiz təşkil edir. 2016-cı ilin eyni dövründə ölüm faizi isə 1,4 faiz olub.

DİGƏR XƏBƏRLƏR

Top