Ermənistanda milli azlıqların hüquqları tapdalanır

Ermənistanda antidiskriminasiya qanununun qəbul edilməməsi, bu ölkədə yaşayan etnik azlıqların hüquqlarının pozulması ilə müşayiət olunur. "Yeniavaz.com"un kavkaz-uzle.eu-ya istinadən verdiyi məlumata görə, bu barədə "Memorial" Antidiskriminasiya Mərkəzi və Vətəndaş Cəmiyyəti İnstitutunun birgə hazırladığı hesabatda deyilir. Hesabatın bu yaxınlarda BMT irqi-ayrı seçkiliyin ləğvi komitəsinin 92-ci sessiyasında müzakirə ediləcəyi gözlənilir. Hesabatada qeyd edilir ki, Ermənistanda yaşayan 35 min nəfərlik yezidi kürdlərinin, 12 min nəfər rus icmasının, 3 min nəfər asiriyalıların və 2,5 min nəfər kürdün hüquqları demək olar müdafiə olunmur: "Ermənistanda yaşayan yezidilərin, assiriyalıların, kürdlərin vəziyyəti ağırdır. Bu da ciddi narahatlıq doğurur".

Hesabatda etnik azlıqların erməni kilsəsi tarixini öyrənməyə məcbur edildikləri, kilsə tərəfindən zorla assimilyasiyaya uğrama təhlkəsi ilə üzləşdikləri də vurğulanır. Buna səbəb kimi antdiskriminasiya qanununun qəbul edilməməsi göstərilir: "Kilsə tarixi öyrənilən zaman dua mərasimində etnik azlıqların uşaqları koridora çıxarılır. Bu isə millətçiliyin baş qaldırmasına və etniik azlıqlara qarşı təzyiqlərin və zorakılıqların artması ilə müşahidə olunmaqdadır".

DİGƏR XƏBƏRLƏR

Top