Ermənistan ordusunun itkiləri açıqlandı – Adlar

Ermənistan ordusu 2017-ci ildə də ciddi itkilər verməkdə davam edir. Bu itkilərin çoxu ictimaiyyətdən gizlədilsə də, bəzi hallarda rəsmi qurumlar real vəziyyəti etiraf etəli olur. Təmas xəttində Milli Ordu ilə döyüşlər, daxildəki hərc-mərclik, özbaşnalıq, intihar, intizamdan kənar hərəkətlər və s. amillər bu itkilərin çoxluğuna səbəb olur.

2017-ci ilin 4 ayı ərzində Ermənistan mətbuatı 20 hərbçinin ölümü ilə bağlı rəsmi məıumat yayıb.

2 yanvar – Ermənistan ordusunun müddətdən artıq hərbi qulluqçusu, 34 yaşlı Qaqik Kazinyan avtomobil qəzasında həlak olub

16 yanvar – Ermənistan ordusunun hərbçisi Araik İqoreviç Sarkisyan (1995) Qarabağda məhv edilib

18 yanvar – Hərbçi Andranik Smbatoviç Musikyan (1997) məhv edilib

22 yanvar – Düşmən ordsunun əsgəri Karen Maratoviç Ulubabyan (1995-ci il) atışmada məhv edilib

25 yanvar- Ermənistan ərazisində xidmət keçən hərbçi Şavarş Akopoviç Qalstyan intihar edib

26 yanvar – Yerevanda xidmət edən kursant Sarkis Apinyan xəstəlikdən ölüb

6 fevral – Ermənistan ordusunun hərbçisi Qor Amazaspoviç Qareginyan (1997)cəbhənin cənub istiqamətində məhv edilib

8 fevral – Tərtər rayonu istiqamətində döyüşdə Ermənistan ordusunun polkovnik-leytenantı Qeqam Henrixoviç Manukyan artilleriya atəşi ilə məhv edilib.

16 fevral – Buldozerin dəyərə düşməsi nəticəsində əsgər Qaregin Akopoviç Minasyan ölüb

17 fevral – Dəm qazından boğulma nəticəsində 20 yaşlı Qaregin Arqamanyan ölüb

18 fevral – Əsgər Letnik Osyan (1997) Qarabağın şərq istiqamətində atışmada məhv edilib

23 fevral – Təmas xəttində döyüşzamanı Qor Frunzikoviç Xudinyan (1991) ölüb

1 mart – Ermənistan ordusunun mayoru Nver Yuriyeviç Babacanyan (1980) məhv edilib

1 mart – Hərbçi yoldaşı tərəfdindən 15 yanvarda yaralanan Qurgen Sarkisyan (1997) xəstəxanada ölüb

28 mart – Təmas xəttinin cənub istiqamətində hərbçi Artak Rafaelyan (1997) məhv edilib

31 mart – Ermənistan ordusunda müqaviləli xidmət aparan Qor Qevorkoviç Ovannisyan (1993) məhv edilib

21 aprel – Ermənistanın Vayk rayonundakı hərbi hissələrdən birində silahla ehtiyasız davranma nəticəsində kiçik çavuş Narek Akopyan (1986) ölüb

24 aprel – Düşmən hərbçisi Narek Amayakoviç Arutunyan (1997) Azərbaycan ordusu ilə atışmada məhv edilib

25 aprel – Qarabağda xidmət keçən hərbçi Karen Avetisyan (1998) ona təhkim olunan silahdan atəş açaraq intihar edib

26 aprel – Yerevanda hərbi hissəsinin mühəndis xidmətinin rəhbəri, 31 yaşlı Armen Tsaturyanın cəsədi tapılıb.

Modern.az

DİGƏR XƏBƏRLƏR

Top