Köhnə avtomobil sürənlərə pis xəbər: BELƏ MAŞINLAR YIĞIŞDIRILIR VİDEO

Millət vəkili Elmira Axundova təklif edir ki, köhnə və texniki baxımdan nasaz olan avtomobillər yığışdırılsın. Əvəzində onların sahiblərinə nağd pul və ya güzəştli kreditlə yerli istehsal olan avtomobillər verilsin.

Digər hərəkət iştirakçıları üçün təhlükə yaradan köhnə avtomobillər istifadədən yığışdırılsın.Belə bir təkliflə çıxış edən mllət vəkili Elmira Axundovaya görə bəzi ölkələrdə bu praktika həyata keçirilib və effektli olub.

"Yeniavaz.com" "Xəzərxəbər.az"a istinadən xəbər verir ki, millət vəkilinin sözlərinə görə, elə avtomobillər var ki, onlar ümumiyyətlə istifadəyə yararsızdır və həmin avtomobillərin yollarda hərəkəti çox təhlükəlidir. Belə avtomobillər hər an həm sahibləri, həm də digərləri üçün təhlükə yaradır. Buna görə də, bu avtomobillər birmənalı olaraq istifadədən yığışdırılmalı və müqabilində insanlara müəyyən məbləğdə pul verilməlidir.

Köhnə avtomobil sahiblərinə güzəştli şərtlərlə yeni avtomobillər də verilə bilər.

Artıq təklif milli məclisdə səsləndirilib və baxılması üçün bəzi nazirliklərə də göndərilib.

DİGƏR XƏBƏRLƏR

Top