Abşeron rayonu, Xırdalan şəhərində yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin saytının xəbərinə görə, Abşeron rayonu, Xırdalan şəhərində "Dəmir Bank" ASC-yə məxsus 1 ədəd bankomatın yanar hissələri yanıb.
Bitişik digər bankomat yanğından mühafizə olunub.
Yanğın saat 05:19-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Trend