Rus çarının Türkiyədəki iqamətgahı otelə çevriləcək

Türkiyədə rus imperatoru II Nikolayın ovçuluq iqamətgahı modernləşdirilərək butik otelə çevriləcək. “Yeniavaz.com”un “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, çarın malikanəsi Qars vilayəyinin Sarıqamış rayonunda yerləşir. Qars valisi Rəhmi Doğan deyib ki, Türkiyənin Abidələr və muzeylər üzrə baş idarəsi tikilinin restavrasiyası ilə məşğul olacaq. Çarın malikanəsi 50 yataq yeri olan otelə çevriləcək. Otel Qars administrasiyasının ixtiyarında olacaq. Sarıqamış şəhərinin meri Zəkəriyə Qaya bəyan edib ki, bu layihə Qarsda turizmin inkişafına böyük töhfə verəcək.

Qeyd edək ki, II Nikolayın Qarsdakı malikanəsi rus-türk müharibəsi zamanı Rusiya ordusunun regionu işğal etdikdən sonra 1896-cı ildə tikilib. İmperatorun orada olub-olmamadığı barədə məlumat yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top