Britaniya qanadlı raketləri ilə ABŞ-ı dəstəkləməyə hazırdır

Böyük Britaniya Suriyaya zərbələrin endirilməsində ABŞ-ı dəstəkləməyə hazırdır. “Yeniavaz.com”un AİF-ə istinadən verdiyi məlumata görə, bunu Böyük Britaniyanın xarici işlər naziri Boris Conson deyib. O bildirib: “ABŞ Britaniyadan dəstək istəsə, bizə “yox” demək çətin olacaq. Və mən bilirəm ki, bu həm də Baş nazirin fikridir. Dəstəyi Aralıq dənizindəki qanadlı raketləri olan sualtı qayıqlar vasitəsilə də verə bilərik”. B. Conson əlavə edib ki, Britaniyanın Suriyada əməliyyat keçirməsinin parlament tərəfindən qəbul edilməsinin zəruriliyi məsələsi öyrənilməlidir.

Xatırladaq ki, ABŞ aprelin 7-də Suriyadakı “Şayrat” hökumət aviabazasına raket zərbələri endirib. Vaşinqton bəyan edib ki, bombardman İdlibdə kimyəvi silahın tətbiqinə cavab olub. Aprelin əvvəlində İdlib vilayətinin Xan Şeyxun şəhərində kimyəvi silahın tətbiq edilməsi nəticəsində təqribən 100 nəfər həlak olub.

DİGƏR XƏBƏRLƏR

Top