Qazaxıstanla Gürcüstan arasında "KazTransQaz-Tbilisi" çəkişməsi böyüyür

Gürcüstanla Qazaxıstan arasında "KazTransQaz-Tbilisi" kompaniyası ilə bağlı problem Beynəlxalq Arbitraj Məhkəməsinə gedib çıxıb. "Yeniavaz.com"un nevvsgeorgia.ge-yə istinadən verdiyi məlumata görə, Qazaxıstan Londondakı Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edərək bu ölkəyə qoyduğu 130 milyon dolların geri qaytarılması və dəyən zərərə görə 50 milyon dollar da kompenssasiya ödənilməsini tələb edib. Buna səbəb isə Gürcüstanın "KazTransQaz-Tbilisi" kompaniyasının ölkədəki fəaliyyəti ilə bağlı imzaladığı anlaşmanın şərtlərinə əməl etməməsi olub. Öz növbəsində Gürcüstanın energetika naziri Kaxa Kaladze məsələ ilə bağlı mətbuata açıqlamasında problemi arbitraj məhkəməsi qarışmadan həll etməyə hazır olduqlarını və bununla bağlı hazırda qarşı tərəflə danışıqlar aparıldığını bildirib: "Qazaxıstanın Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət etməsi barədə bizə Londondan məlumat daxil olub. Biz bu məhkəməyə hazırlaşırıq. Eyni zamanda ümid edirik ki, qarşı tərəflə razılığa gələ və məhkəməsiz də problemi aradan qaldıra bilərik. Bununla bağlı ictimaiyyətə vaxtı gələndə geniş məlumat veriləcək."

Bu arada Gürcüstanın Tbilisini elektrik enerjisi ilə təmin edən Hollandiyaya məxsus "İnter RAO"-ya daxil olan və Tbilisi şəhərinin elektrik enerjisi ilə təminini həyata keçirən "Gardabani Holdings B.V." və "Silk Road Holdings B.V." kompaniyaları ilə də problemləri ortaya çıxıb. Hollandiya şirkəti anlaşma şərtlərini yerinə yetirmədiyinə görə Gürcüstanı beynəlxalq məhkəməyə verəcəyini bildirib. Hollandiya kompaniyaları milli valyuta olan larinin dollar qarşısında dəyərdən düşməsi ilə bağlı tarifləri qaldırmaq istəyib. Gürcüstan isə buna razılıq verməyib. Nəticədə zərərə düşdüyünü iddia edən kompaniya rəhbərliyi problem yaxın günərdə həll edilməyəcəyi təqdirdə beynəlxalq məhkəməyə müraciət edəcəyini rəsmi şəkildə Gürcüstan rəhbərliyinin diqqətinə çatdırıb.

DİGƏR XƏBƏRLƏR

Top