Serj Sarkisyanla Karen Karapetyan arasında ciddi qarşıdurma gözlənilir

Ermənistanda keçirilən parlament seçkilərindən sonra Baş nazir Karen Karapetyanla prezident Serj Sarkisyan arasında ciddi fikr ayrılıqları müşahidə edilməkdədir. "Yeniavaz.com"un 1in.am-a istinadən verdiyi məlumata görə, hazırda Baş nazir və prezident gələcəkdə də birinci olmaq imkanları əldə etmək üçün özlərinə güclü komanda yığmaqla məşğuldurlar. Sarkisyan bu məsələdə özünün nəzarəti altında olduğu Respublika Partiyasının imkanlarından istifadə etməyə cəhd edir. Partiyadakı nüfuzlu şəxsləri öz tərəfinə çəkmək və ölkədə iqtisadi inkişaf görüntüsü yaratmaq məqsədi ilə Sarkisyan onlarla, həmçinin "Sarukyan" bloku ilə danışıqlar aparır. Sarukyan, blokunda təmsil olunan şəxslər yüksək vəzifələrə təyin ediləcəyi təqdirdə Sarkisyana ölkədə iqtisadi islahatların uğurla aparıması üçün böyük həcmdə maliyyə yardım göstərməyə hazır olduğunu bəyan edib. Öz növbəsində Respublika Partiyasının üzvləri arasında kifayət qədər dayaqları olmayan Baş nazir Karapetyan qardaşı Samvelin maliyyə yardımı ilə Sarkisyan komandasının bəzi üzvlərini pulla ələ almağa başlayıb. Bu isə Karapetyan və Sarkisyan arasında yeni narazılıqlara gətirib çıxarıb. Yerli politoloqların fikrincə belə davam edəcəyi təqdirdə, yaxın vaxtlarda Karapetyan və Sarkisyan arasında qarşıdurma açıq düşmənçiliyə səbəb olaraq hakimiyyətın iki qolu arasındak münasibətlərin daha da gərginləşməsinə gətirib çıxaracaq.

DİGƏR XƏBƏRLƏR

Top