Azərbaycanda bəzi saytların bloklanması ilə bağlı məhkəmə təxirə düşdü

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin azadliq.info, azadliq.org, azərbaycansaati.com, Meydan.tv saytlarını, "Turan” telekanalı (Turan TV) və “Azərbaycan saatı” teleproqramlarının bloklanması ilə bağlı məhkəmə iclası başlayıb.

Səbael rayon Məhkəməsində hakim Nurəddin Bağırovun sədrliyi ilə keçirilən prosesdə iddiaçının nümayəndəsinin etibarnaməsi olmadığı bilinib.

Buna görə proses mayım 1-ə təyin edilib.

Qeyd edək ki, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi “Azadlıq” qəzetinin azadliq.info, “Azadlıq” radiosunun azadliq.org saytları, həmçinin, azərbaycansaati.com, Meydan.tv saytlarını, “Turan” telekanalı (Turan TV) və “Azərbaycan saatı” teleproqramlarının bloklanması ilə bağlı Səbail Rayon Məhkəməsinə müraciət edib. lent.az

DİGƏR XƏBƏRLƏR

Top