"İt toyu"na görə Aşıqlar Birliyindən qovulan musiqiçi DANIŞDI VİDEO

Bir neçə gün əvvəl Goranbaydakı iş adamı Qalib Mustafayevin itlərinin toyundan iştirak edən balaban ifaçısı Haqverdi Əliyev Azərbaycan Aşıqlar Birliyindən çıxarılıb. Balaban ifaçısı Haqverdi Əliyev toyda bəy və gəlinin itlər olacağından xəbərsiz olduqlarını deyir. Amma o, toyda itlərə bəy tərifi demələrini də gülərək boynuna alıb.

Haqverdi Əliyev ona qarşı olan iddiaların əsassız olduğunu deyir. O, Aşıqlar Birliyinə qərarı dəyişmək üçün yenidən müraciət edəcək.

İtlərə bəy tərifi deyən aşıq Şəmməd isə toyun normal bir mərasim olacağını zənn etdiyi üçün getdiyini deyib. Toydakı əziyyətlərinə görə pul belə almadıqlarını deyən aşıqlar bu videonun yayılmasını onlara qarşı edilən təxribat olduğunu deyiblər. "Xəzərxəbər".

İt toyu

DİGƏR XƏBƏRLƏR

Top