Metroda qatar tuneldə qaldı - Hərəkət dayandırıldı

Bakı metrosunda qatarların hərəkətində problem yaranıb.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, hadisə "Dərnəgül-Həzi Aslanov" xətti üzrə hərəkət edən qatarda baş verib. "28 may stansiyasından "Gənclik" istiqamətinə hərəkət edən 24 saylı qatarda tuneldə nasazlıq yaranıb. Nəticədə qatar hərəkətini dayandırmalı olub və 8-10 dəqiqə tuneldə qalıb. Arxadan gələn qatarlar da gözləmək məcburiyyətində qalıb.

N.Paşayev bildirib ki, nasazlıq yaranna qatar DEPO-ya göndərilib və hərəkət bərpa olunub. Hazırda qatarların hərəkətində gecikmələr var. Trend

DİGƏR XƏBƏRLƏR

Top