Lerikdə qar kənd təsərrüfatına ciddi ziyan vurub - FOTO

Lerik rayonunda qeyri-sabit hava şəraiti kənd təsərrüfatına ciddi ziyan vurub. İki gündür rayonun yüksək dağlıq ərazilərinə qar yağır və hazırda Orand, Zuvand ərazilərinə daxil olan kəndlərə yağmaqda davam edir. Bu da meyvə ağaclarının məhsuldarlığına ciddi təsir göstərir. Bundan əlavə, yaz mövsümündə yağışın yağmaması, əksinə küləkli hava şəraitinin çox davam etməsi taxıl sahələrinə, eləcə də digər əkin yerlərinə problemlər yaradır.Report

DİGƏR XƏBƏRLƏR

Top