Türkiyə və Rusiya taxıl böhranından iki həftəyə çıxacaq

İki həftə ərzində Türkiyə ilə taxıl məsələsi üzrə güzəşt əldə ediləcək. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçev deyib. Nazir hər şeyə rəğmən, ağlın üstün gələcəyinə ümid etdiyini bildirib. O deyib: “Danışıqlar aparılır, fikrimcə, iki həftə ərzində güzəşt və təbii ki, qarşılıqlı məqbul həll tapılacaq. Və mən çox ümid edirəm ki, biz bu böhrandan çıxacağıq”.

Xatırladaq ki, Türkiyə martın 15-də Rusiyanı kənd təsərrüfatı məhsullarını rüsumsuz idxal edən ölkələr siyahısından çıxarıb. Daha əvvəl rusiyalı ixracatçılar və onların türkiyəli müştəriləri sıfır rüsumla taxıl idxal edirdilər, lakin o, yalnız emal və sonradan ixrac etmək üçün tədarük edilirdi, daxili bazarda məhsulun reallaşdırılması üçün isə 130 faizlik rüsum ödəmək lazım idi. Türkiyə Misirdən sonra Rusiya taxılının həcmi ikinci idxalçısıdır.

DİGƏR XƏBƏRLƏR

Top