Fransa kəşfiyyatı: Kimyəvi hücum əmrini Əsəd verib

Fransanın hərbi və xarici kəşfiyyat xidmətlərinin rəyinə əsasən, Suriyanın Xan Şeyxun şəhərində kimyəvi silah hücumü Dəməşqə loyal olan qüvvələr tərəfindən həyata keçirilib. “Yeniavaz.com”un RBK-ya istinadən verdiyi məlumata görə, Fransa kəşfiyyatı mövzu ilə bağlı 6 səhifəlik hesabat hazırlayıb. Hesabatda qeyd edilir ki, aprelin 4-də Xan Şeyxunda zəhərli zərin qazının tətbiq edilməsi barədə əmri Suriya Prezidenti Bəşər Əsəd, yaxud onun ətrafı verib. Fransa kəşfiyyatının hesabatı kimyəvi hücumun olduğu yerdən götürülən nümunələrin təhlili, eləcə də hücum qurbanlarının birinin qanının təhlili nəticəsində hazırlanıb. Kəşfiyyat təhlillərdə Suriya hökumətinin istehsal etdiyi zərinin fərqləndirici əlaməti olan geksamin tapıb.

Xatırladaq ki, aprelin 4-də Suriyanın İdlib vilayətinin Xan Şeyxun şəhərində kimyəvi silahın tətbiq edilməsi nəticəsində 80-ə yaxın insan həlak olub. Buna cavab olaraq aprelin 7-də ABŞ Hərbi Dəniz Qüvvələri Suriyanın Hums vilayətində yerləşən hərbi aerodroma raket zərbələri endirib.

DİGƏR XƏBƏRLƏR

Top