Rusiya Qarabağ münaqişəsinin həllini Avrasiya Birliyi çərçivəsində görür

Azərbaycan çalışır ki, Qarabağ münaqişəsi onun maraqları və bu ərazinin tam şəkildə onun tabeliyinə verilməsi yolu ilə həll edilsin. "Yeniavaz.com"un tert.am-a istinadən verdiyi məlumata görə, bunu "Moduz vivendi" araşdırmalar mərkəzinin rəhbəri, politoloq Ara Papyan Azərbaycan, Ermənistan və Rusiya Xarici işlər nazirlərinin Moskvada keçiriləcək görüşünə münasibət bildirərkən deyib: "Mən bu görüşdən şəxsən yaxşı heç nə gözləmirəm. İş orasındadır ki, hər görüşdə Ermənistanı güzəştə getməyə məcbur etmək istəyirlər. Bu "Lavrov planı" adlanır. Aydın məsələdir ki, biz Avrasiya Birliyinə daxil olarkən özümüzün əsas "təzyiq vasitəmizi-silahımızı" Rusiyanın əlinə vermişik. Ona görə də bundan istifadə edən Rusiya Azərbaycanı müxtəlif yollarla Avrasiya Birliyinə üzv olmağa razı salmaq istəyir".

Politoloq qeyd edib k, Rusiya Qarabağ münaqişəsinin həllini Avrasiya Birliyi çərçivəsində görür: "Təsadüfi deyil ki, Solovyov da Bakıda bəyan etdi ki, Qarabağ münaqişəsi Avrasiya Birliyi çərçivəsində həll ediləcək".

DİGƏR XƏBƏRLƏR

Top