"Dəlinin qeydləri" ilə uğur qazandı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının (ADGGT) bir qrup yaradıcı heyəti Rusiya Federasiyasının İvanov vilayətinin Kineşma şəhərində keçirilən "Hərarətli ürək" klassik Rus dramaturgiyası III Beynəlxalq Teatr Festivalında iştirak edib. Festivalda iştirak edən Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar artisti Şövqi Hüseynovun əsas rolu ifa etdiyi N.V.Qoqolun "Dəlinin qeydləri" mono- tamaşası A.N.Ostrovski adına Kineşma Dram Teatrının səhnəsində nümayiş etdirilib və uğur qazanıb. Belə ki, festivalın "Ən yaxşı kişi ifaçısı" nominasiyasına Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Şövqi Hüseynov layiq görülüb.

Teatrdan verilən məlumata görə, bu festival digərlərindən onunla fərqlənib ki, festival tarixində ilk dəfə xarici teatr öz ana dilində tamaşa ilə çıxış edib. Bu yeniliyə isə ADGGT-ı imza atıb. Yenilik festivalın beynəlxalq münsiflər heyəti, iştirakçı teatrlar və tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Yeniliyi aktyorumuz belə izah edib: "Düşünürəm ki, Nikolay Vasilyeviç Qoqolun yaradıcılığını hər kəs bilir və əsərin süjet xətti hamıya çox yaxşı məlumdur". Festivalın "Ən yaxşı kişi ifaçısı" nominasiyasına Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Şövqi Hüseynov layiq görülüb.

Festivalda teatrımızla yanaşı, "Sfera" Moskva dram teatrı, Perm Dövlət Gənc Tamaşaçılar Teatrı, A.N.Ostrovski adına Kineşma Dram Teatrı, M.Y.Lermontov adına Rus Dövlət Dram Teatrı, Moskva Yeni Dram Teatrı və başqa teatrlar iştirak ediblər.

DİGƏR XƏBƏRLƏR

Top