Timatinin İrəvanda konserti baş tutmaya bilər

Mayın 12-də Ermənistanda konsert proqramı ilə çıxış etməyə hazırlaşan Timati ( Timur Yunusov) ağır xəstələnib. "Yeniavaz.com"un nevsarmenia.am-a istinadən verdiyi məlumata görə, 33 yaşlı çeçenəsilli müğənni bədəninin müxtəlif hissələrində küt ağrılarla bağlı həkimə müraciət edib. Hazırda o ciddi həkim nəzarəti altındadır və müğənninin xəstəlik səbəbinə yalnız çox saylı müayinələrdən sonra aydınlıq gətiriləcək. O xüsusi palataya yerləşdirilib. Timurun təhlükəsizliyini təmin etmək məqsədi ilə cangüdənləri palatada onun yanından bir addım belə aralanmırlar. Qeyd edək ki, Moskvada anadan olan Timur Yunusov-Timati Çeçenistanın Əməkdar artistidir. Onun Yerevandakı konsert proqramında məşhur müğənnilər Lone, Kristina və Motla birgə çıxış edəcəyi gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top