Ermənistan mətbuat azadlığı sahəsində 5 pillə geriləyib

Beynəlxalq "Sərhədsiz reportyorlar" (Reporters Without Borders) təşkilatının hazırladığı hesabata əsasən, Ermənistanda bu sahədə vəziyyət ildən-ilə ağırlaşmaqdadır. "Yeniavaz.com"un panarmenian.net-ə istinadən verdiyi məlumata görə, Ermənistan ötən illə müqayisədə hesabatda 5 pillə geriləyərək 79-cu yerdə qərarlaşıb. Hesabatda deyilir ki, Ermənistanda azad mətbuatın üzərinə hücumlar ildən-ilə güclənir. Xüsusən radio-telekanallarda pluralizm ilə bağlı problemlər mövcuddur. Bu müstəvidə də Ermənistanda polisin jurnalistlərə qarşı zorakılıq hərəkətlərinə baş vurduğu və onların bu əməllərinin cəzasız qaldığı xüsusi qeyd edilir. Qeyd edək ki, "Sərhədsiz reportyarlar" təşkilatının hazırladığı hesabatda mətbuat azadlığına görə Norveç birinci, İsveç ikinci, Finlandiya isə üçüncü yerdədir. Hesabatda sonuncu 4 yeri isə Suriya, Türkmənistan, Eritreya və Şimali Koreya tutur.

DİGƏR XƏBƏRLƏR

Top