Tramp rekordçu prezident oldu

ABŞ Administrasiyası Prezident Donald Trampın hakimiyyətə gəlməsindən ötən 100 gün ərzində qanunvericilik fəaliyyəti barədə məlumatlar dərc edib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, D. Tramp son 70 ildə ölkə prezidentləri arasında ilk 100 gün ərzində imzalanmış fərmanların sayına görə lider olub. O, ümumilikdə 30 fərman imzalayıb. Sonrakı yerləri Lindon Conson (26) və Harri Trumen (25) tuturlar. Əvvəlki prezident Barak Obama 100 gün ərzində 19 fərman imzalaya bilmişdi. D. Tramp, həmçinin 28 qanun imzalayıb. Bu göstəricidə isə H. Trumen (55) liderlik edir. Xatırladaq ki, D. Tramp 20 yanvar 2017-ci il tarixində ABŞ prezidenti səlahiyyətlərini icra etməyə başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top