Türkiyədə benzinin qiyməti ucuzlaşdı

Türkiyədə 1 litr benzinin qiyməti 14 qəpik ucuzlaşıb. “Yeniavaz.com”un “TRT Haber” telekanalına istinadən verdiyi məlumata görə, Ankarada 1 litri orta hesabla 5,40 türk lirəsinə satılan benzinin 1 litri 5,26 lirə olacaq. 1 litr benzinin qiyməti İstanbulda 5,35 lirədən 5,21 lirəyə, İzmirdə isə 5,38 lirədən 5,24 lirəyədək ucuzlaşacaq. Paylayıcı şirkətlərin müəyyənləşdirdiyi qiymətlər rəqabət və sərbəstlik səbəbilə şirkətlər və şəhərlərə görə cüzi dəyişikliklərə məruz qalır. 1 litr benzinin qiyməti sonuncu dəfə aprelin 10-da 10 qəpik bahalaşmışdı.

DİGƏR XƏBƏRLƏR

Top