İsrail-Almaniya münasibətlərində gərginlik: görüş ləğv edilidi

İsrailin Baş naziri Binyamin Netanyahu aprelin 25-də Qüdsdə Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel ilə keçirilməsi planlaşdırılan görüşü ləğv edib. “Yeniavaz.com”un DW-yə istinadən verdiyi məlumata görə, buna səbəb almaniyalı siyasətçinin Fələstinin işğal edilmiş ərazilərində yəhudi məskənlərinin tikilməsinin davam etdirilməsinə qarşı çıxış edən İsrailin vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüş keçirmək niyyəti olub. Z. Qabriel buna cavab olaraq bildirib ki, hökumətin fəaliyyətini tənqid edənlərlə görüş tamamilə normal təcrübədir: “Biz bu cür tədbirləri uzun illər ərzində bir çox ölkədə keçirmişik. Netanyahu ilə görüşün ləğv edilməsi fəlakət olmayacaq və İsrailə qarşı münasibətimi dəyişməyəcək”.

DİGƏR XƏBƏRLƏR

Top