ABŞ Estoniyaya görünməz təyyarələr göndərdi

ABŞ-ın iki ədəd “F-35 Lightning II” ən yeni çoxfunksiyalı qırıcı-bombardmançı təyyarəsi Tallin yaxınlığındakı Emari hava bazasına eniş edib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məllumata görə, bunu Estoniya Müdafiə Qüvvələrinin Baş Qərargahından deyiblər. Məlumatda bildirilir ki, aviabazaya, həmçinin KC-135 yanacaqdoldurma təyyarəsi də eniş edib. Görünməz təyyarələr ABŞ və NATO-nun digər hərbi təyyarələri ilə birgə təlim uçuşlarında iştirak üçün Avropaya göndərilir. İlk “F-35A” qırıcıları Avropaya aprelin 15-də gəlib və Böyük Britaniyadakı Leykenhit aviabazasında yerləşdirilib. Təyyarələr Avropaya ABŞ Hərbi Hava Qüvvələrinin Yuta ştatındakı Hill bazasından uçublar.

“Lockheed Martin F-35 Lightning II” beşinci nəsil çoxfunksiyalı az görünən qırıcı-bombardmançı təyyarədir. Təyyarə ABŞ-ın “Lockheed Martin” firması tərəfindən 3 variantda hazırlanır: ABŞ Hərbi Hava Qüvvələrinin ehtiyacı üçün yerüstü qırıcı (CTOL), ABŞ Dəniz Piyadaları Korpusu və Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri üçün havaya qalxması qısaldılmış və şaquli enişli qırıcı (STOVL), ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin ehtiyacları üçün göyərtə qırıcısı (CV).

Xatırladaq ki, ABŞ-ın “F-35” təyyarələrinin istehsalı proqramında ümumilikdə 12 ölkə iştirak edir. Bunlar ABŞ-la yanaşı, İngiltərə, Kanada, Avstraliya, Cənubi Koreya, İtaliya, Danimarka, Hollandiya, Yaponiya, Norveç, İsrail və Türkiyədir. Beşinci nəsil qırıcı təyyarə kimi təqdim edilən “F-35”in bir sıra üstünlükləri var – azgörünmə qabiliyyəti, inkişaf etmiş avionikalar, yüksək göstəricili mühərrik, şəbəkə mərkəzli savaş təchizatı.

DİGƏR XƏBƏRLƏR

Top