AŞ PA Türkiyəyə qarşı monitorinq prosedurunu bərpa etdi

Avropa Şurası Parlamant Assambleyası (AŞ PA) Türkiyənin Avropa Şurası qarşısında öhdəliklərinin monitorinqi prosedurana qaytarılmasına böyük çoxluqla səs verib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, 113 parlamentari qətnamənin lehinə, 45-i isə əleyhinə səs verib, 12 parlamentari bitərəf qalıb. Ümumilikdə səsvermədə 170 parlamentari iştirak edib. Qətnamədə qeyd edilir ki, AŞ PA Türkiyədəki hadisələrin monitorinqini və onun bu məsələ üzrə ölkədki bütün qüvvələr ilə dialoqunu möhkəmləndirmək və fəallaşdırmaq istərdi: “İnsan haqlarına, demokratiyaya və qanunun aliliyinə hörmətə münasibətdə dərin narahatlığın baxılmasını təmin etmək üçün AŞ PA mövcud məsələlər məqbul həll edilmədiyi müddət ərzində Türkiyəyə qarşı monitorinq prosedurunu bərpa etməyə qərar verib”. AŞ PA Türkiyədən 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhddən sonra ölkədə tətbiq edilmiş fövqəladə vəziyyəti tezliklə ləğv etməyi istəyir. Assambleya, həmçinin lazımi proses zəmanətləri ilə təşkil edilmiş ədalətli məhkəmə prosesindən sonra məhkum edilməyən həbs edilmiş parlamentariləri azad etməyi tələb edir. Qeyd edək ki, Türkiyə 2004-cü ilədək postmonitorinq prosedurunda olub.

Türkiyə Xarici İşlər Nazirliyi AŞ PA-nın bu qərarın siyasi olduğunu əsas gətirərək onu haqsız hesab etdiyini və qınadığını bəyan edib. Nazirlik bu qərarın AŞ PA ilə əlaqələri yenidən nəzərdən keçirməyə vadara edəcəyini açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top