18 nəfər rusun ölümünə səbəb olan erməni Ermənistana ekstradisiya ediləcək

Rusiyada 6 il 9 ay həbs cəzasına məhkum edilən Qraçya Arutyunyan yaxın zamanlarda Ermənistana ekstradisiya ediləcək. "Yeniavaz.com"un nevs.am-a istinadən verdiyi məlumata görə, bu barədə mətbuata açıqlamasında Ermənistan Ədliyyə naziri Viqen Koçaryan deyib: "Ermənistan hökuməti və ədliyyə nazirliyi Arutyunyanın ekstradisiyası üçün bütün imkanlardan istifadə ediblər. Ekstradisiya yolunda ciddi əngəl hesab edilən maliyyə öhdəlikləri problemi də artıq qarşılıqlı razılşma əsasında aradan qaldırılıb".

Xatırladaq ki, 2013-cü il iyul ayının 13-də Qraçya Arutyunyanın idarə etdiyi yük maşını Moskva altında sərnişin avtobusu ilə toqquşub. Nəticədə avtobusda olan 18 nəfər ölüb, 20-yə yaxın adam ağır yaralanıb. O vaxt həbs edilən Arutyunyanı alçaldaraq qadın paltarında məhkəmə qarşısına çıxarmışdılar. Baş verən hadisəyə görə Arutyunyanı ömürlük həbs cəzası gözləyirdi. Lakin Ermənistanın ali dairələrinin işə qarışması nəticəsində Arutyunyana cəmisi 6 il 9 ay həbs cəzası verildi. İndi də Ermənistan hökuməti qatilin ekstradisyasını təşkil etməklə yenidən onu öz himayəsi altına alır.

DİGƏR XƏBƏRLƏR

Top