Çindəki müsəlmanlara ad seçimində qadağalar qoyuldu

Çinin Sintszyan-Uyğur Muxtar Rayonunun hakimiyyəti yeni doğulan körpələrə verilməsi qadağan edilən adlardan ibarət siyahını tərtib edib. “Yeniavaz.com”un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, qadağaya İslam dini ilə bağlı adlar məruz qalıb. Uşaqlara İslam, Quran, Səddam, Məkkə kimi adlar vermək qadağan edilir. Qadağan edildiyi adların verildiyi yeni doğulanların dövlətin səhiyyə və təhsil sistemlərini girişinə icazə verilməyəcək. Sintszyanda ölkədəki 23 milyonluq müsəlman icmasının təqribən yarısı yaşayır. Bu regionun hakimiyyəti daha əvvəl dini ekstremizmlə mübarizə aparmaq məqsədi ilə qadınlara hicabı, kişilərə isə “qeyri-tipik saqqalları” qadağan edib. Qadağaya məruz qalan adların tam siyahısı hələ dərc ediməsə də, bu qərar hüquq müdafiəçiləri tərəfindən tənqid edilib. Belə ki, “Human Rights Watch” təşkilatının Çin şöbəsinin direktoru Sofi Riçardson bildirib ki, bu cür addımlar dini inanc və ifadə azadlığı hüququnun biabırçı şəkildə pozulmasıdır.

DİGƏR XƏBƏRLƏR

Top