Türkiyə Silahlı Qüvvələri terrorçu PKK-nın iki əsas düşərgəsini məhv edib

Türkiyə Silahlı Qüvvələri İraqın Sincar dağı və Suriyanın şimal-şərqində havadan antiterror əməliyyatı keçirib. Türkiyə KİV xəbər verir ki, bu haqda ölkə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb. İraqın şimalında yerləşən Sincar dağı və Suriyanın şimal-şərqindəki Karaçok dağında terrorçu PKK qruplaşmasının düşərgələri dağıdılıb. Həmin bölgələrdən Türkiyəyə terrorçular, silah-sursat ötürülürmüş. Məlumata görə, əməliyyat aprelin 25-də Bakı vaxtı ilə səhər sat 04:00-da başlayıb.Report

DİGƏR XƏBƏRLƏR

Top