Bakıda gecə saatlarında evləri sökürlər VİDEO

Yasamal rayonu, Hüseyn Cavid prospektində gərgin anlar yaşanıb.

Adıçəkilən ünvanda bir müddətdir ki, söküntü işləri ilə bağlı danışıqlar gedirmiş, amma sakinlər onlara təklif edilən qiymətlə razılaşmayıblar. Buna baxmayaraq, dünən, axşam saatlarında iş maşınları əraziyə gələrək, binaları sökməyə cəhd ediblər. Bu zaman sakinlərlə söküntü işlərini aparanlar arasında qarşıdurma yaşanıb.

Sakinlərin musavat.com-a verdiyi məlumata görə, ərazini almaq istəyən "Olympus Park" yaşayış kompleksinin sahibidir. Həmin şəxs sakinlərin evi üçün ödənişi etmədən evləri sökmək istəyir.

Söküntü işlərini aparmağa gələn şəxslər həm sakinlərə, həm də çəkiliş aparmaq üçün əraziyə gələn jurnalistlərə daş atıblar və fiziki güc tətbiq ediblər. Son verilən məlumata görə, evlərdən biri tamamilə uçurulub. Mənzildən ev sahibləri heç bir əşyalarını çıxara bilməyiblər.

video

DİGƏR XƏBƏRLƏR

Top