Kömək edilməsə, 6 ayda 20 milyon insan öləcək

Beynəlxalq ictimaiyyət təcili addımlar atmasa, yaxın altı ay ərzində təqribən 20 milyon insan aclıqdan ölə bilər. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Joze Qratsianu Silva deyib. Onun sözlərinə görə, aclıq təkcə insanları öldürmür, həm də sosial qeyri-sabitliyə gətirib çıxarır, habelə onları uzun müddət ərzində xarici yardımlardan asılı vəziyyətə salır. FAO-nun baş direktoru əlavə edib ki, ilk növbədə Somali, Cənubi Sudan Yəmən və Nigeriyanın şimal-şərq hissəsinin sakinlərin köməyə ehtiyacı var.

DİGƏR XƏBƏRLƏR

Top