"Boşanmaların sayının artması bütün cəmiyyəti narahat etməlidir"

"Dövlətin təməl dayaqları ailədir və güclü ailə ənənələrimizi qoruyub saxlamalıyıq". "Yeniavaz.com" xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva bildirib. Deputat qeyd edib ki, çox ciddi narahatlıq doğuran və təəssüf yaradan fakt ondan ibarətdir ki, getdikcə ailədaxili zorakılıqlar və bundan böyük əziyyət uşaqların sayı artır: "Biz ailədaxili zorakılıqlara qarşı mübarizəmizi daha da artırmalıyıq, hər gün ailəmizdən, ətrafımızdan başlayaraq bu cür mənfi hallara qarşı hər birimiz mübarizə aparmalıyıq. Ailələrdən, məktəblərdən uşaqları bu istiqamətdə maarifləndirməyə, öyrətməyə, tərbiyə etməyə başlamalıyıq. Dövlət qurumları, qeyri-hökumət təşkilatları, mətbuat və media bu sahəyə daha çox həssaslıqla yanaşmalı, daha ciddi mövqe tutmalı və böyük maarifləndirmə işlərinin aparılmasına geniş dəstək verməlidir. Bir sözlə, biz hamımız, hər birimiz öz gündəlik həyatımızda bu məsələyə ciddi önəm verməliyik".

Deputat vurğulayıb ki, boşanmaların sayının artması bütün cəmiyyəti narahat etməlidir: "Bu məsələyə də bütün bölgələrdə diqqətin daha da artırılmasına ehtiyac var. Belə hallar zamanı xüsusilə də uşaqlar böyük əziyyət çəkirlər".

DİGƏR XƏBƏRLƏR

Top