Britaniya xəbərdaredici nüvə zərbəsi endirməyə hazırdır

Böyük Britaniya lazım olarsa, xəbərdaredici nüvə zərbəsi endirməyə hazırdır. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Böyük Britaniyanın müdafiə naziri Maykl Fellon deyib. Onun sözlərinə görə, Baş nazir Tereza Mey hətta Böyük Britaniyanın özü nüvə zərbəsinə məruz qalmasa belə, daha ekstremal şəraitlərdə “Trident” ballistik raketlərindən istifadə etməyə hazırdır. Bununla belə, nazir söhbətin hansı şəraitdən getdiyini açıqlamayıb. Qeyd edək ki, ABŞ-da düzəldilən “Trident” üçpilləli bərk yanacaqlı ballistik raketləri nüvə partlayıcıları daşımaq iqtidarındadır və sualtı qayıqlarda yerləşdirmək üçün nəzərdə tutulub. Raket maksimum 11300 kilometrədək uça bilər.

DİGƏR XƏBƏRLƏR

Top