Münsiflərdən Pərvinə CAVAB — "Finala qədər gələ bilərdi"

ATV-də yayımlanan "Tanıdım səni" layihəsinin münsifləri müsabiqənin Neftçaladan olan iştirakçısı Pərvin Səfərovun iddialarına cavab veriblər. Xalq artisti Gülyaz Məmmədova bildirib ki, repertuar zəif olanda, qiymət də aşağı düşür:"Orada repertuar zəif olanda, nöqsanlar çoxalanda qiymət aşağı düşür. Amma mən yenə də siyahıya baxaram ki, o hansı uşaq olub. 170 ifaçıydı, yadıma sala bilmədim. Layihənin rəhbəri Zaurdur, Teymur müəllimdir. Bəlkə sualı ona verəydiniz. Ancaq deyim ki, Teymur uşaqlara güzəşt edəndir".

Əməkdar artist Teymur Əmrah isə bildirib ki, "Tanıdım səni"nin öz qayda-qanunu var:"Təkcə bizdə yox, dünyada belədir ki, çıxış etdiyin yerdə sözü unudursansa, saxlayırlar. Müsabiqə canlı getdi-getmədi, səhnədə çaşmaq olmaz. Xaric oxuyan ifaçılara şans verməyimiz haqda dediyi yanlışdır. Amma Pərvin ümumən çox yaxşı səsdir. Sadəcə, sözü çaşdı. Finala qədər də gələ bilərdi. Lirik tenordur, gözəl səsi, eşitmə qabiliyyəti var. Özündən asılı olmayaraq, sözləri unutdu".Olke.az

DİGƏR XƏBƏRLƏR

Top