DİN-in idarə rəisinin xidməti avtomobili qəzaya düşüb

Daxili İşlər Nazirliyinin (DİN) yüksək vəzifəli əməkdaşının xidməti avtomobili qəzaya düşüb. Hadisə Bakı şəhəri, Səbail rayonu, Bəşir Səfəroğlu küçəsində qeydə alınıb. Məlumata görə, DİN-in Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi, polis polkovniki Əbdül Zərgərlinin “Hundai” markalı xidməti avtomobili “Mercedes” markalı maşınla toqquşub. Hadisə nəticəsində Ə.Zərgərlinin sürücüsü xəsarət alaraq DİN-in hospitalına yerləşdirilib. Hadisə zamanı Ə.Zərgərlinin avtomobildə olub-olmadığı bilinmir. Faktla bağlı araşdırma aparılır.Report

DİGƏR XƏBƏRLƏR

Top