Bakıda taxta tikili və minik avtomobili yanıb

Bu gün Bakı şəhəri, Xətai rayonunda sahibi məlum olmayan ümumi sahəsi 50 m2 olan taxta konstruksiyadan ibarət tikilinin yanar konstruksiyaları və yaxınlıqda dayanmış vətəndaşa məxsus “TOYOTA” markalı minik avtomobilinin ön hissəsi yanıb. Fövqəladə Hallar Nazirliyinin saytının məlumatına görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

DİGƏR XƏBƏRLƏR

Top