“El Klassiko” bu ulduz futbolçusuz keçiriləcək

“Barselona”nın hücumçusu Neymar İspaniya çempionatının 33-cü turunda “Real”la oyunu buraxacaq. “Yeniavaz.com”un “Championat.com” saytına istinadən verdiyi məlumata görə, İspaniya İdman Tribunalı (TAD) matça 12 saat qalmış “Barselona”nın Neymarın diskvalifikasiyası ilə bağlı apellyasiya şikayəti üzrə qərarını açıqlamayıb, bu səbəbdən klub idman məsələlərinə cəmləşməyə və braziliyalı forvardı oyunun iştirak ərizəsinə daxil etməmək qərarına gəlib. Daha əvvəl verilən məlumata görə, TAD aprelin 22-də “Barelona”nın Neymarın işi üzrə apellyasiyasına baxılması üçün təcili yığıncaq çağırmağa hazırlaşır. Klub müəyyən edilmiş vaxtdan gec apellyasiya şikayəti verib. “Barselona” düşünürdü ki, belə olan halda TAD-ın hələ qərar qəbul etmədiyi müddətcə diskvalifikasiya dayandırılacaq. Neymar daha əvvəl 3 oyunluq diskvalifikasiya edilib və “Real Sosyedad” (2:3) ilə oyunu buraxıb. Qeyd edək ki, El Klassiko bu gün “Santyaqo Bernabeu” stadionunda baş tutacaq.

DİGƏR XƏBƏRLƏR

Top