Uçan avtomobilin satış qiyməti açıqlandı - FOTO

Uçan avtomobil “Aeromobil”in satış qiyməti açıqlanıb. Slovakiyada formalaşdırılan avtomobil artıq satışa çıxarılıb. Monakoda rəsmi təqdimatı keçirilən uçan avtomobilin qiyməti 1,3 milyon dollar müəyyənləşib. Onun əsas üstünlüyü həm quruda, həm də havada gedə bilməsidir.

Bundan əlavə, müasir dizayna malik olan “Aeromobil”in sürəti quruda saatda maksimum 160 kilometr, havada isə 200 kilometrdir. Kütləsi 450 kiloqram olan idman görünüşlü avtomobil iki nəfərlikdir. Həmçinin uçan avtomobilin iki paraşütü var. Bu, avtomobil havada olarkən yarana biləcək hər hansı problemin qarşısını almağa hesablanıb.

Slovakiyada yerləşən şirkət 20 ildən çoxdur ki, “Aeromobil”in istehsalı üzərində çalışır. azertag

DİGƏR XƏBƏRLƏR

Top