Türkiyədən Ermənistana gündəlik aviareyslər onlarla avtobus səfərləri - FOTOFAKT

Məlum olduğu kimi, Türkiyənin "Atlasglobal" şirkəti İstanbuldan işğalçı və terrora dəstək verən Ermənistana (İrəvana) həftədə 4 dəfə uçuşlar təşkil edir. "Yeniavaz.com" xəbər verir ki, növbəti uçüş bu gün - 21 aprel Türkiyə vaxtı ilə saat 23:20-də həyata keçiriləcək. İstanbuladan İrəvana biletin qiyməti "EkonomiPlus" üçün 198 dollar, "Bizness Class" üçün isə 530 dollara bərabərdir. İyundan başlayaraq daha bir Türkiyə şirkəti "Pegasus" aviaşirkəti də İstanbuldan Yerevana uçuşlar həyata keçirəcək. Uçuşlar həftədə 3 gün həyata keçiriləcək. "Atlasglobal" və "Pegasus" uçuşları ilə birlikdə iyun ayından etibarən İstanbul-İrəvan arasında gündəlik hava əlaqəsi yaradılacaq.

Məsələnin maraqlı tərəflərindən bir isə odur ki, İstanbul-İrəvan avireysini reallaşdırmağa hazırlaşan "Pegasus" şirkətinin təqdimatında qeyd olunur ki, paytaxt İrəvanın Ermənistan Tarix Muzeyini ziyarət etdiyiniz zaman ortaq tariximizi görüb dostluq əlaqələrimizi başa düşə bilərsiniz.

Maraqlıdır ki, Ermənistan Tarix Muzeyində türklərin ermənilərə qarşı "soyqırım" həyata keçirdiyindən bəhs edən "sübutlar" da nümayiş etdirilir və burada qondarma erməni soyqırımı ilə bağlı bölmələr də mövcuddur . Belə olan halda nümayiş olunan "ortaq tarixdən" hansı dostluq əlaqələri görünəcək və başa düşüləcək?

Bundan başqa "Pegasus"un Ermənistanla bağlı hazırladığı tanıtım mətnində yazılır ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi səbəbindən 1993-cü ildən etibarən Türkiyə bu ölkə ilə olan sərhədlərini bağlayıb. Bu isə o deməkdir ki, "Pegasus" şirkəti Türkiyə-Ermənistan sərhədlərinin hansı səbəbdən "bağlı" olduğunu bilə-bilə bu aviareysi həyata keçirməyi qərara olub.

Məlum məsələdir ki, "Pegasus"un belə bir addım atması iki ölkə arasında artan əlaqələrlə bağlıdır. Belə görünür ki, iki ölkə arasında həftədə 4 dəfə həyata keçirilən birbaşa və çoxlu sayda tranzit aviareyslər mövcud tələbatı qarşılamır.

Hazırda "Atlasglobal"ın həftədə 4 dəfə həyata keçirdiyi birbaşa aviareyslərə paralel olaraq "Turkish Airlines" (Türkiyə), "Aeroflot" (Rusiya), "Ukraine İnternational" (Ukrayna), "UTair" (Rusiya) və digər şirkətlər tərəfindən İstanbul-İrəvan aviareysi üzrə onlarla tranzit uçuşlar həyata keçirilir.

Yeri gəlmişkən qeyd edək ki, iki ölkə arasındakı əlaqə təkcə hava nəqliyyatı vasitəsi ilə təmin olunmur. Ermənistandan Türkiyəyə və eyni zamanda da əks istiqamətdə mütəmadi olaraq (hər gün) avtobus səfərləri də təşkil olunur. Bu işlə 4 Türkiyə, 19 Ermənistan şirkəti məşğul olur.

Həmin şirkətlər bunlardır:

Türkiyə Şirkətləri
1. “Emniyet Turizm” (Baqrataşen-İrəvan-İstanbul)
2. “Аst Turizm” (İstanbul-İrəvan-Bavra)
3. “Öz Nuhoğlu” (İstanbul-İrəvan-Bavra)
4. “Marize Tur” (İstanbul-İrəvan-Bavra)

Erməni Şirkətləri
1. “Erevan” (İrəvan-İstanbul)
2. “Tour Celebrity” (Baqrataşen-İrəvan-İstanbul)
3. “Baqratur” (İrəvan-İstanbul)
4. “Bas Voyaj” (İrəvan-İstanbul)
5. “FAZNAR” ((Baqrataşen-İrəvan-İstanbul)
6. “Yelena Travel” (İrəvan-İstanbul)
7. “Svobodnıy” (İrəvan-İstanbul)
8. “Olqa Tur” (İrəvan-İstanbul)
9. “Prestij” (İrəvan-İstanbul)
10. “Erebuni” (İrəvan-İstanbul)
11. “Eva” (İrəvan-İstanbul)
12. “Nara” (İrəvan-İstanbul)
13. “Qrant” (Baqrataşen-İrəvan-İstanbul)
14. "Avi” ((Baqrataşen-İrəvan-İstanbul)
15. “Pob” (İrəvan-İstanbul)
16. “Mara” (İrəvan-İstanbul)
17. “Aqro” (İrəvan-İstanbul)
18. “Seqa” (İrəvan-İstanbul)
19. "Kristina” (İrəvan-İstanbul)

Maraqlıdır ki, Türkiyə və Ermənistan arasında qurulan bu qədər yüksək səviyyəli əlaqəyə baxmayaraq hələ də Türkiyə rəsmiləri bəyan edirlər ki, Ermənistan Azərbaycanın işğal etdiyi əraziləri azad etmədikcə Türkiyə bu ölkə ilə sərhədlərini "bağlı" saxayacaq.

DİGƏR XƏBƏRLƏR

Top