Bakıda baş vermiş ağır yol qəzasının VİDEOsu yayılıb

Aprelin 18-də, gecə saat 24 radələrində Bakının Ziya Bünyadov prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Yeniavaz.com" saytı xəbər verir ki, ilkin ehtimala görə, hadisəyə səbəb BMW markalı avtomobilin yüksək sürətlə hərəkəti olub. Belə ki, BMW-nin sürücüsü idarə etməni itirib və avtomobil yol kənarındakı dəmir maneəyə çırpılıb. Şahidlərin dediyinə görə, sürət yüksək olduğundan BMW aşıb və elə o vəziyyətdə qarşıda hərəkət edən VAZ 2104 markalı avtomobilin üzərinə düşüb.

Həmin anda VAZ 2104 markalı maşında sürücü ilə yanaşı, onun ailə üzvləri də olub. Lakin xoşbəxtlikdən avtomobilin arxa hissəsində əyləşmiş xanımı və 2 övladı xəsarət almayıblar. Hər iki avtomobil yararsız vəziyyətə düşüb.

Hadisə yerindən çəkdiyimiz videonu təqdim edirik.

Nicat

yol qezasi

DİGƏR XƏBƏRLƏR

Top