Azərbaycanda növbəti zəlzələ

AzTV-də “Ayə, harayə gedirsən, ayə?” oxudu - VİDEO

Tağı Əhmədov icra başçısı olmaq istəyir

Cümə, 24 noyabr 2017
TR EN RU

Menu

Cümə, 24 noyabr 2017
EN TR RU

ANALİZ

ABŞ-ın Qarabağ siyasətində dəyişiklik olacaqmı?

18.04.2017 16:15

Aprelin 20-də ABŞ-ın yeni prezidenti Donalda Trampın öz səlahiyyətlərini icra etməyə başlamasının 3 ayı tamam olacaq. Təbii ki, 3 ay prezident Tramp üçün böyük bir müddət hesab edilmir. Bununla belə 90 günlük prezidentlik dövrü beynəlxalq aləmdə baş verən siyasi hadisələrə münasibətdə xarici siyasət sahəsində Trampın mövqeyinin nədən ibarət olacağına az da olsa aydınlıq gətirib. Təbii ki, Azərbaycan üçün önəmlisi Trampın Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətdə hansı mövqe nümayiş etdirməsidir. Amma ilk günlərdn o da məlum idi ki, Trampı Qarabağ münaqişəsindən daha çox ölkəsinin başağrısına çevrilən Suriya probleminin həlli maraqlandıracaq. Təsadüfi deyil ki, hələ bir neçə ay əvvəl

Vaşinqtondakı Xarici Siyasət institutu və New America araşdırma mərkəzində politoloq Maykl Çeçire Amerikanın Səsinin "Amerika icmalı" proqramında müsahibəsində demişdi ki, Qafqaz bölgəsi ilə bağlı Trampın hansısa xüsusi bir siyasətinin və ya doktrinasının elan olunması gözlənilmir: "Regionda gücə və nüfuzə malik Rusiya kimi ölkə də daxil olmaqla heç bir ölkənin münaqişədə böyük rol oynayacağını demək mümkün deyil. Dağlıq Qarabağ münaqişəsində bir çox cəhətdən Birləşmiş Ştatlar və Rusiya eyni mövqedədir".

Ötən ay ATƏT-in ABŞ-dan olan həmsədri Hoqlandın da Yerevana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ABŞ-və Rusiyanın maraqlarının üst-üstə düşməsini vurğulaması da faktiki olaraq hər iki ölkənin işğalçı Ermənistana münasibətdə hər hansı təzyiqə əl atılmayacağına vurulan işarə kimi dəyərləndirilə bilər. Buna paralel olaraq rusiyalı politoloq Qriqori Trofimçuk isə bildirib ki, Vaşinqton Suriya məsələsində öz mövqeyini irəli çəkməyi bacaracaqsa, Qarabağ üzərində də Rusiyanın mövqelərinə hücum edəcək: "Ümumiyyətlə, Suriyada çox şey aşkar olacaq. Biz Rusiyanın ya bütün istiqamətlər üzrə zəifləməsini, ya da möhkəmlənməsini görəcəyik".

Bəs bütün hallarda Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətdə gələcəkdə Tramp administrasiyasının mövqeyində hər hansı dəyişikliyin ola biləcəyinə ümid etmək olarmı?

Məsələ ilə bağlı "Yenivaz.com"-a açıqlama verən politoloq Qabil Hüseynli Trampın hərəkətlərini proqnazlaşdırmağın çətin olduğunu söylədi. Onun sözlərinə görə, Trampın beynəlxalq aləmdə baş verən hadisələrə münasibətdə hansı addımlar atacağını, hansı mövqe nümayiş etdirəcəyini onun özündən başqa heç kim bilmir: "ABŞ münaqişənin həllində vasitəçilik missiyasını həyata keçirən ATƏT Minsk Qrupuna həmsədr 3 ölkədən biridir. Amma konkret olaraq Trampın Dağlıq Qarabağ münaqişəsinin mövqeyində hansısa dəyişikliyin baş verib-verməyəcəyinə gəlincə, bu məsələnin hələ onun diqqət mərkəzində olub-olmadığı da məlum deyil. Trampın başı hazırda daha çox Suriya probleminə qarışıb. Belə vəziyyətdə Trampın Qarabağ münaqişəsinin həlli ilə bağlı növqeyində hansısa dəyişikliyin olacağına inanmıram".

Bununla belə Qriqori Trofimçukun da dediyi kimi, Qarabağ münaqişəsinin həllinə münasibətdə ABŞ-ın mövqeyində dəyişiklik olub-olmayacağı Suriyadakı Vaşinqton-Moskva duelinin nəticəsindən asılı olacaq. Bu dueldən isə Rusiyanın, yoxsa ABŞ-ın qalib çıxacağını öncədən proqnozlaşdırmaq mümkün deyil...

Əziz Mustafa

Oxundu 471

© 2017 - NSPSOLUTIONS