"25 ildə bir dəfə ondan küsmüşəm" - Zöhrə Abdullayeva

Əməkdar artist Zöhrə Abdullayeva şair Vüqar Əhmədlə 6 ay küsülü qaldığını deyib.

Müğənni şairin onun xətrinə dəydiyini söyləyib:

"25 ildə bir dəfə Vüqardan küsmüşəm. Bir dəfə oturmuşduq, qayıtdı başqa müğənniyə dedi ki, sən Zöhrədən yaxşı oxuyursan. Onu uzun müddət danışdırmadım. İndi ən yaxın dostumdur".

V.Əhməd məsələyə münasibət bildirib. O deyib ki, Z.Abdullayevanın xətrinə bilərəkdən dəyib:

"Oturmuşduq, qapı açıldı, Zöhrə mənə dedi: "Bu iki müğənni haranın oxuyanıdır ki, hər gün efirə onları verirsən?". Həmin ifaçılardan biri də indi əməkdar artistdir. Mən də haqsız olaraq qayıtdım ki, səndən min dəfə yaxşı oxuyur. 6 ay özünə gələ bilmədi, bütün günü evdə oturub ağlayırdı. Bu hadisə 1997-ci ildə olmuşdu".axsam.az

DİGƏR XƏBƏRLƏR

Top