İtə süni nəfəs verərək heyvanı xilas etdi - VİDEO

Rumıniyalı yanğınsöndürən itə ürək massajı və süni nəfəs verərək heyvanın həyatını xilas edib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, yanğınsöndürənin dəm qazından zəhərlənən iti xilas etməsi videosu “Facebook” sosial şəbkəsinə yayımlanıb. İndiyədək ona 2 milyondan çox insan baxıb. Hadisə Rumıniyanın Piteşti şəhərində baş verib. İtin sahibi ağır yaralanınb və xəstəxanaya yerləşdirilib. Küçədə uzanıq vəziyyətdə qalmış ev heyvanını görən xilasedici Kostak Muqurel ona ilkin tibbi yardım göstərib. Ardından heyvanı baytarlıq klinikasına aparıblar.

Yanğınsöndürən

DİGƏR XƏBƏRLƏR

Top