Atatürkə bənzəyən aktyor saxlanılıb

Anar Məmmədov “Paşa Bank”a borcunu qaytardı, əmlakından həbs götürüldü

Azərbaycanda rüşvətxorluğa görə nəzərdə tutulan cəza ağırlaşdırılır

çərşənbə axşamı, 28 mart 2017

Menu

çərşənbə axşamı, 28 mart 2017

AİLƏ-SAĞLAMLIQ

Ayaq ağrılarından xilas edən möcüzəli yağ

11.12.2016 19:28

Ayaqlarda, əzələ və oynaqlarda ağrılar, saç tökülməsi və dırnaq qırılması, eləcə də, əsəbilik, zəiflik - bütün bunlar maqnezium çatışmazlığının əlamətləridir. Bu mineralın çatışmazlığı zamanı qəbul etdiyiniz qida miqdarına nəzarət etmək, yaxud tərkibində bu mikroelement olan xüsusi preparatlar qəbul etmək tövsiyə olunur. Maqneziumu zahirə də tətbiq etmək mümkündür. Məsələn, aptek və internet-mağazalarda satılan maqnezium yağı böyük populyarlığa malikdir. Yeri gəlmişkən, bu vasitəni ev şəraitində belə hazırlamaq olar.

Təbii maqnezium yağını hazırlamaq üçün sizə xlorid maqnezium lazım olacaq. Bu maqnezium mənbəyi təbii və təhlükəsizdir.

İnqrediyentlər:

Yarım stəkan filtrdən keçirilmiş su

Yarım stəkan xlorid maqnezium (kristallar və yaxud lopası)

Qazan (paslanmayan materialdan düzəldilmiş şirəli qazan)

Spreyli butulka

Hazırlanması:

Maqnezium kristallarını qaynayan suya əlavə edin. Odu söndürüb maqnezium tam həll olunana qədər qarışdırın və soyumasını gözləyin. Sonda, yağı butulkaya töküb istifadə etmək olar. Başlanğıc üçün yatmazdan əvvəl dabanları maqnezium yağıyla masaj etmək, daha sonra isə corab geyinməyi məsləhət görürlər. Yağın təsiri nəticəsində, dabanlarda sancma hiss edə bilərsiniz. Orqanizmdə maqneziumun əskikliyi nə qədərdirsə, yanma hissi bir qədər çox olacaq. Çoxları maqnezium yağını gecə istifadə etməyi xoşlayır, çünki belə bir prosedura dəriyə yaxşı hopur və yuxuya getməyə kömək edir./publika.az

Oxundu: 137

© 2017 - NSPSOLUTIONS