Türkiyədə 3 bələdiyyə sədri həbs olundu

Türkiyənin Hakkari rayonunda terrorçuluğa qarşı aparılan əməliyyatlar zamanı 31 nəfər saxlanılıb, onlardan 8-i həbs olunub. “Mlliyet”in verdiyi məlumata görə, Hakkari valiliyinin yaydığı açıqlamada qeyd olunur ki, həbs olunanlar arasında Yüksekova, Şemdinli və Çukurca vilayətlərinin bələdiyyə sədrləri də var. Saxlanılan şəxslərdən 15-i sərbəst buraxılsa da, 7 nəfərlə bağlı təhqiqat işləri davam etdirilir./Qafqazinfo.az

DİGƏR XƏBƏRLƏR

Top