Nigeriyada iki partlayış nəticəsində 30 nəfər ölüb

Nigeriyanın Madaqali şəhərində bazarda törədilən iki partlayış nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb. RİA Novosti agentliyinin verdiyi xəbərə görə, bundan əvvəl 10 nəfərin öldüyü bildirilirdi. İnsidentin təfərrüatları barədə məlumat verilmir. Partlayışlara görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib. Qeyd edək ki, Madaqali şəhəri ötən il “Boko Haram” terror qruplaşmasının silahlılarından təmizlənib./APA

DİGƏR XƏBƏRLƏR

Top